AZ

Bakıda yaşayış binasında yanğın - TƏXLİYƏ EDİLDİLƏR

Yazını böyüt
Yazını kiçilt

Bakı şəhərinin Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Hafta.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının onikimərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində yerləşən mənzildə baş verdiyi müəyyən edilib.

FHN qüvvələrinin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 80 kvadratmetr olan üçotaqlı mənzilin mətbəxinin və eyvanının yanar konstruksiyaları 18 kvadratmetr sahədə yanıb.

Digər otaqlar və qonşu mənzillər yanğından mühafizə edilib. FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində üçü azyaşlı olmaqla 12 nəfər təxliyə olunub.

Seçilən
55
27
hafta.az

10Mənbələr