RU

Salyanda avtomobil kanala aşıb, ölən və yaralananlar var

Salyan, 31 avqust, Aydın Yavərzadə, AZƏRTAC

Salyan rayonunda avtomobilin su kanalına aşması ilə nəticələnən yol nəqliyyat hadisəsi zamanı 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə səhər saatlarında Salyan rayonu Dayıkənd avtomobil yolunda qeydə alınıb. Hadisə nəticəsində Xalidə Yaqubova ölüb. Xəsarət alan şəxslər - Həsən Rüstəmov, Taleh Məhərrəmov, Miryusif Əhmədov, Lalə Yaqubova və Bəsirə Yaqubova Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
17
8
azertag.az

9Источники