AZ

Avtomobil su kanalına düşdü: 1 ölü, 5 yaralı

Salyanda avtomobil su kanalına düşüb.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə səhər saatlarında Salyan rayonu Dayıkənd avtomobil yolunda qeydə alınıb.

Belə ki, hadisə nəticəsində Xalidə Yaqubova ölüb, beş nəfər isə xəsarət alıb.

Xəsarət alan şəxslər - Həsən Rüstəmov, Taleh Məhərrəmov, Miryusif Əhmədov, Lalə Yaqubova və Bəsirə Yaqubova Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

“Cebheinfo.az” 

Seçilən
39
8
cebheinfo.az

9Mənbələr