AZ

Salyanda maşın su kanalına aşdı - 1 ölü, 5 xəsarət alan var

Salyanda avtomobil su kanalına düşüb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə səhər saatlarında Salyan rayonu Dayıkənd avtomobil yolunda qeydə alınıb.

Belə ki, hadisə nəticəsində Xalidə Yaqubova ölüb, beş nəfər isə xəsarət alıb.

Xəsarət alan şəxslər - Həsən Rüstəmov, Taleh Məhərrəmov, Miryusif Əhmədov, Lalə Yaqubova və Bəsirə Yaqubova Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
23
8
manset.az

9Mənbələr