Bakı. Trend:
Bu ilin yanvar-iyul aylarında Azərbaycandan 82 milyon ABŞdolları dəyərində meşə fındığı ixrac edilib.
Bu barədə Trend İqtisadi İslahatların Təhlili və KommunikasiyaMərkəzinin (İİTKM) açıqladığı “İxrac icmalı”nın avqust sayınaistinadən xəbər verir.
Məlumata görə, meşə fındığının ixracı ötən ilin eyni dövrü iləmüqayisədə 28,5 milyon ABŞ dolları və ya 53,3% artıb.
Belə ki, ötən ilin ilk yeddi ayında Azərbaycandan 53,5 milyonABŞ dolları dəyərində meşə fındığı ixrac edilmişdi.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanınqeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü iləmüqayisədə 11,4% artaraq 2,09 milyard ABŞ dolları təşkil edib.