AZ

Qızıl ixracından gəlir 2,4 dəfə artıb RƏQƏMLƏR

ain.az, Yenisabah portalına istinadən məlumat yayır.

Bu ilin 7 ayında Azərbaycanın qızıl ixracı kəskin şəkildə artıb. Yanvar-iyun aylarında ölkə xaricə 178,7 milyon ABŞ dolları dəyərində qızıl satıb.

Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda qeyd olunur.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 104,2 milyon dollar və ya 2,4 dəfə artım deməkdir. Müqayisə üçün bildirək ki, 2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan 74,5 milyon dollar dəyərində qızıl ixrac etmişdi. Toyuqlu pizza

İyul ayında isə 33,9 milyon dollarlıq qızıl ixrac edilib ki, bu da ötən ilin iyul ayındakı 16,6 milyon dollarlıq göstəricidən 17,3 milyon dollar (2 dəfə) çoxdur.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
62
2
yenisabah.az

10Mənbələr