RU

Əhaliyə ÇAĞIRIŞ: Sentyabrın 1-dən…

Nazirlər Kabinetinin 2017-ci il 2 iyun tarixli 243 nömrəli qərarı ilə təsdiq edilmiş “Balıq və digər su bioresursları ovunun Qaydaları”na əsasən, Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz və Yenikənd su anbarlarında kürüləmə dövrü ilə əlaqədar sənaye məqsədilə balıq və digər su bioresurslarının ovuna qoyulan moratorium sentyabrın 1-də başa çatır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən

Busaat.az-a bildirilib ki, sentyabrın 1-dən balıq ovlama müddəti açıq elan olunur.

Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakulura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizin Azərbaycan Respublikasına mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir.

Xatırladaq ki, balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakulura Mərkəzi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə, həmçinin, müvafiq balıqovlama bileti olmayan vətəndaşları su hövzələrində ovla məşğul olmamağa çağırır.

Избранный
35
49
busaat.az

8Источники