AZ

Sentyabrın 1-dən balıq ovuna icazə veriləcək

Bakı. Trend:

Kür çayında, Sarısu gölündə, Mingəçevir, Şəmkir, Araz, Yenikəndsu anbarlarında balıq ovuna moratorium sentyabrın 1-də başaçatır.

Trendxəbər verir bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 2025-ci il 1 sentyabr tarixindən balıq ovlamamüddəti açıq elan olunur. Qanunsuz balıq ovunun qarşısının alınmasıməqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və AkvakuluraMərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polisİdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizin AzərbaycanRespublikasına mənsub bölgəsində və ölkənin daxili su hövzələrindəmütəmadi nəzarət tədbirləri həyata keçirilir.

"Xatırladaq ki, balıq və digər su bioresurslarının ovqaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görətəqsirkar şəxslər müvafiq olaraq, Azərbaycan Respublikasınınİnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının CinayətMəcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakulura Mərkəzibalıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalaraəməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərləbalıq ovlamaqdan çəkinməyə, həmçinin, müvafiq balıqovlama biletiolmayan vətəndaşları su hövzələrində ovla məşğul olmamağaçağırır.

Vətəndaşları su hövzələrində rast gəldikləri qanunsuz balıq ovuhalları ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq vəAkvakulura Mərkəzinə və Daxili İşlər Nazirliyinin Su NəqliyyatındaPolis İdarəsinə məlumat verməyə və balıq ehtiyatlarınınmühafizəsinə dəstək olmağa dəvət edirik", - deyə məlumatda qeydedilib.

Seçilən
33
49
az.trend.az

8Mənbələr