Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən
Demokrat.az-a bildirilib ki, sentyabrın 1-dən balıq ovlama müddəti açıq elan olunur.
Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakulura Mərkəzinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən Xəzər dənizin Azərbaycan Respublikasına mənsub bölgəsində və ölkənin daxili su hövzələrində mütəmadi nəzarət tədbirləri həyata keçirilir.
Xatırladaq ki, balıq və digər su bioresurslarının ov qaydalarının pozulmasına, o cümlədən qanunsuz ovlanmasına görə təqsirkar şəxslər müvafiq olaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Kənd Təsərrüfatı Nazirliyinin Balıqçılıq və Akvakulura Mərkəzi balıq ovu ilə məşğul olan bütün fiziki və hüquqi şəxsləri qaydalara əməl etməyə, qadağan olunmuş vaxtlarda, qadağan olunmuş alətlərlə balıq ovlamaqdan çəkinməyə, həmçinin, müvafiq balıqovlama bileti olmayan vətəndaşları su hövzələrində ovla məşğul olmamağa çağırır.
8Mənbələr
-
azvision.azSentyabrın 1-dən balıq ovuna icazə veriləcək ( 20752407)
-
busaat.azƏhaliyə ÇAĞIRIŞ: Sentyabrın 1-dən… ( 20752227)
-
demokrat.azƏhaliyə ÇAĞIRIŞ: Sentyabrın 1-dən... ( 20751387)
-
news365.azƏhaliyə ÇAĞIRIŞ: Sentyabrın 1-dən... ( 20750043)
-
bizim.mediaƏhaliyə ÇAĞIRIŞ: Sentyabrın 1 dən... ( 20749455)
-
bizim.mediaƏhaliyə ÇAĞIRIŞ: Sentyabrın 1-dən... ( 20749437)
-
az.trend.azSentyabrın 1-dən balıq ovuna icazə veriləcək ( 20749053)
-
anews.azAzərbaycanda sentyabrın 1-dən balıq ovuna icazə veriləcək ( 20754936)