RU

Bu il Azərbaycanda sahibkarlıq fəaliyyəti üçün 1049 lisenziya verilib

Bu

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə bağlı İqtisadiyyat Nazirliyi ümumilikdə 1049 lisenziya verib, onlardan 769-u elektron qaydada təqdim olunub.

Bu barədə “APA-Economics”ə Nazirlikdən bildirilib.

7 ayda tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işləri üzrə 251 lisenziya, əczaçılıq fəaliyyəti üzrə 170 lisenziya, ğzəl tibb fəaliyyəti üzrə 127 lisenziya, rabitə xidmətləri üzrə 148 lisenziya, tikintisinə icazə tələb olunan və barəsində məlumatlandırma icraatı tətbiq olunan bina və qurğuların layihələndirilməsi üzrə 86 lisenziya, təhlükəli yüklərin nəqliyyat vasitəsilə daşınması üzrə 75 lisenziya, baytarlıq preparatlarının istehsalı və satışı üzrə 32 lisenziya, bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin isehsalı və idxalı üzrə 34 lisenziya, digər fəaliyyət növləri üzrə 126 lisenziya verilib.

Qeyd edək ki, “Lisenziyalar və icazələr” portalı 2018-ci ildən fəaliyyət göstərir və ötən müddət ərzində portal vasitəsilə 6 556 elektron lisenziya təqdim olunub.

Избранный
22
10
xalqcebhesi.az

10Источники