Bu ilin yanvar-iyul aylarında Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə bağlı ümumilikdə 1 049 lisenziya verilib. Onlardan 769-u elektron qaydada təqdim olunub.
Bu barədə məlumatı İqtisadiyyat Nazirliyi məlumat yayıb.
7 ay ərzində ən çox lisenziya tikinti-quraşdırma işləri (251 lisenziya) və əczaçılıq fəaliyyəti (170 lisenziya) üzrə təqdim olunub. Digər sahələr üzrə lisenziyaların bölgüsü aşağıdakı kimidir:
Özəl tibb fəaliyyəti – 127 lisenziya
Rabitə xidmətləri – 148 lisenziya
Tikinti layihələndirilməsi – 86 lisenziya
Təhlükəli yüklərin daşınması – 75 lisenziya
Baytarlıq preparatlarının istehsalı və satışı – 32 lisenziya
Bitki mühafizə vasitələrinin və aqrokimyəvi maddələrin istehsalı və idxalı – 34 lisenziya
Digər fəaliyyət növləri – 126 lisenziya
Nazirliyin məlumatına əsasən, “Lisenziyalar və icazələr” portalı 2018-ci ildən fəaliyyət göstərir. Bu müddət ərzində portal vasitəsilə 6 556 elektron lisenziya təqdim olunub.
Gülnar