"Azərbaycan Dəmir Yolları" QSC (ADY) avqustun 30-dan Ağdama qatarla səfərlərə start verir.
ADY-nin məlumatına görə, Ağdama ilk dəfə müasir qatarlarla müntəzəm reyslərə başlanılır. Biletlər bu gündən satışa çıxarılıb. Qatar hər şənbə günü Bakıdan Ağdama və Ağdamdan Bakıya yola düşəcək.