Azərbaycan Dəmir Yolları QSC (ADY) avqustun 30-da Ağdama qatarla səfərlərə start verir.
Sitat.info bu barədə səhmdar cəmiyyətinə istinadən xəbər verir.
Məlumata əsasən, Ağdama ilk dəfə müasir qatarlarla müntəzəm reyslərə başlanılır. Biletlər bu gündən satışa çıxarılıb. Qatar hər şənbə günü Bakıdan Ağdama və Ağdamdan Bakıya yola düşəcək.