RU

Yevlaxda avtomobil ağaca çırpılıb, dörd nəfər xəsarət alıb - FOTO

Yevlaxda avtomobil ağaca çırpılıb.
 
Moderator.az APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
 
Belə ki, VAZ-2107 idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb.
 
Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların səhhəti ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yaralılardan üçünün vəziyyəti ağırdır:
 
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbələrdə müalicələri davam etdirilir, 3 nəfərin vəziyyəti ağır, bir nəfərin vəziyyəti isə stabildir".
 
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.
Избранный
11
8
moderator.az

9Источники