Yevlaxda avtomobil ağaca çırpılıb.
APA-nın yerli bürosu xəbər verir ki, hadisə gecə saatlarında baş verib.
Belə ki, hərəkətdə olan "VAZ-2107" idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb.
Yaralılar Yevlax rayon mərkəzi xəstəxanasına çatdırılıb. Onların səhhəti ilə bağlı TƏBİB-dən bildirilib ki, yaralılardan üçünün vəziyyəti ağırdır:
"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbələrdə müalicələri davam etdirilir, 3 nəfərin vəziyyəti ağır, 1 nəfərin vəziyyəti isə stabildir".
Faktla bağlı Yevlax rayon polis şöbəsində araşdırma aparılır.
