AZ

Yevlaxda avtomobil ağaca çırpılıb, dörd nəfər xəsarət alıb

Yevlaxda avtomobil ağaca çırpılıb...

Poliqon APA-ya istinadla xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Belə ki, VAZ-2107 idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb. Qəza nəticəsində 4 nəfər xəsarət alıb.
Yaralılar Yevlax Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onların səhhəti ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yaralılardan üçünün vəziyyəti ağırdır:

"Müxtəlif bədən xəsarətləri alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müvafiq şöbələrdə müalicələri davam etdirilir, 3 nəfərin vəziyyəti ağır, bir nəfərin vəziyyəti isə stabildir".

Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində araşdırma aparılır.

Poliqon.info

Seçilən
9
8
poliqon.info

9Mənbələr