RU

Azərbaycan badmintonçusu dünya çempionatına qələbə ilə başlayıb

Azərbaycan badmintonçusu Edi Reski Divçayo dünya çempionatına qələbə ilə başlayıb.

Ölkəmizin ilk dəfə baş məşqçi Morteza Validarvinin rəhbərliyi altında 4 kateqoriyada 6 idmançı ilə təmsil olunduğu dünya çempionatına Tokio və Paris olimpiadasının iştirakçısı, bamdinton üzrə milli komandamızın lideri Edi Reski Dviçayo qələbə ilə başlayıb.

Edi kişi badmintonçuların şəxsi yarışında dünya reytinq sıralamasında 19-cu olan Yaponiya bamdintonçusu Koki Vatanabe üzərində qələbə ilə başlayıb – 2:0 (21-19,21-18). Badmintonçumuz 1/16 finalda İndoneziya təmsilçisi Conatan Kristie ilə qarşılaşacaq.

Digər badmintonçumuz Diki Pangestu isə kişi badmintonçuların şəxsi yarışında Xorvatiya badmintonçusu Aria Dinataya 1:2 (16-21,21-16,14-21) hesabı ilə uduzub.

Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Pangestu tandemi ilk görüşdə Sinqapur idmançıları Junsuke Kubo-Vesley Koh cütünə 0:2 (9-21,13-21) hesabı ilə məğlub olub.

Qadınların şəxsi yarışında Keişa Fatimə Zəhra 1/32 finalda braziliyalı Juliana Vieyra ilə qarşılaşacaq.

Qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov-Həcər Nuriyeva tandemi 1/32 finalda Almaniya badmintonçuları Malik Bourakkadi-Leona Mixalski cütü ilə qarşılaşacaq.
Dünya çempionatında Azərbaycan nümayəndə heyətini baş katib Ramil Hacıyev təmsil edir.

Избранный
13
10
report.az

10Источники