AZ

Azərbaycan badmintonçusu dünya çempionatına qələbə ilə başlayıb

Bakı, 26 avqust, AZƏRTAC

Fransanın paytaxtı Paris şəhərində badminton üzrə dünya çempionatına start verilib.

Azərbaycan Badminton Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, ölkəmizin ilk dəfə 4 kateqoriyada 6 idmançı ilə təmsil olunduğu mundiala Tokio və Paris olimpiadasının iştirakçısı, milli komandanın lideri Edi Reski Dviçayo qələbə ilə başlayıb.

O, kişi badmintonçuların şəxsi yarışına dünya reytinq sıralamasında 19-cu olan Yaponiya bamdintonçusu Koki Vatanabe üzərində qalibiyyətlə start verib – 2:0 (21-19,21-18). Badmintonçumuz 1/16 finalda İndoneziya təmsilçisi Conatan Kristie ilə qarşılaşacaq.

Digər badmintonçu Diki Panqestu isə kişi badmintonçuların şəxsi yarışında Xorvatiya badmintonçusu Aria Dinataya 1:2 (16-21,21-16,14-21) hesabı ilə uduzub.

Kişilərin qoşa yarışında Aqil Qəbilov-Diki Panqestu tandemi ilk görüşdə Sinqapur idmançıları Junsuke Kubo-Vesley Koh cütünə 0:2 (9-21,13-21) hesabı ilə məğlub olub.

Qadınların şəxsi yarışında Keişa Fatimə Zəhra 1/32 finalda braziliyalı Juliana Vieyra ilə qarşılaşacaq.

Qarışıq qoşa kateqoriyasında Cahid Əlhəsənov-Həcər Nuriyeva tandemi 1/32 finalda Almaniya badmintonçuları Malik Bourakkadi-Leona Mixalski cütü ilə üz-üzə gələcək.

Dünya çempionatında Azərbaycan nümayəndə heyətini baş katib Ramil Hacıyev təmsil edir.

Seçilən
12
10
azertag.az

10Mənbələr