Almaniyanın xarici işlər naziri Johann Wadephul, Rusiya prezidenti Vladimir Putini süni şəkildə vaxtı uzatmaqda qınayıb.
Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, almaniyalı nazir Moskvaya təzyiqlərin davam etməsinin vacibliyini vurğulayıb: “Buna görə də Avropa İttifaqı 19-cu sanksiyalar paketini hazırlayır”.
Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Putin ədalətli sülhə nail olmaq üçün həqiqətən işləməyə hazır olduğunu sübut etməlidir. “Bununla bağlı ciddi şübhələr var”, - deyə Vadeful qeyd edib və əlavə edib ki, Kiyev ilkin şərt olmadan sülh danışıqlarına razılıq verməklə artıq irəliyə doğru addım atıb.
Vadeful eyni zamanda vurğulayıb: "Bir şey aydındır: ukraynalıların arxası ilə heç bir danışıqlar aparılmayacaq. Bu, bizim ümumi Avropa vədimizdir". Nazir Kiyevi Avropadan “siyasi, iqtisadi və hərbi” dəstək alacağına əmin edib.
Elcan
Missiya.Az