AZ

“Avropa İttifaqı Rusiyaya qarşı 19-cu sanksiyalar paketini hazırlayır” – Almaniya XİN rəhbəri

 

 Almaniyanın xarici işlər naziri Johann Wadephul,  Rusiya prezidenti Vladimir Putini süni şəkildə vaxtı uzatmaqda qınayıb.

Missiya.Az xarici mediaya istinadən xəbər verir ki, almaniyalı nazir Moskvaya təzyiqlərin  davam etməsinin vacibliyini vurğulayıb: “Buna görə də Avropa İttifaqı 19-cu sanksiyalar paketini hazırlayır”.

 Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri qeyd edib ki, Putin  ədalətli sülhə nail olmaq üçün həqiqətən işləməyə hazır olduğunu sübut etməlidir. “Bununla bağlı ciddi şübhələr var”, - deyə Vadeful qeyd edib və əlavə edib ki, Kiyev ilkin şərt olmadan sülh danışıqlarına razılıq verməklə artıq irəliyə doğru addım atıb.

 

Vadeful eyni zamanda vurğulayıb: "Bir şey aydındır: ukraynalıların arxası ilə heç bir danışıqlar aparılmayacaq. Bu, bizim ümumi Avropa vədimizdir". Nazir Kiyevi Avropadan “siyasi, iqtisadi və hərbi” dəstək alacağına əmin edib.

 

Elcan

Missiya.Az

Seçilən
13
1
missiya.az

2Mənbələr