RU

İrigövdəli ağacın budağı qırılaraq sakinlərin üstünə düşüb, 3 nəfər xəsarət alıb

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kəndində irigövdəli çinar ağacının budağının qırılaraq sakinlərin üstünə düşməsi nəticəsində 3 nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı xəsarət alanlar - 1959-cu il təvəllüdlü İbrahim Əli oğlu Novruzov, 1970-ci il təvəllüdlü Miryunis Mirdavud oğlu Ağalarov və 1983-cü il təvəllüdlü Anar Əhməd oğlu Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanada tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşan sakinlər evə buraxılıblar.

Избранный
3
2
ekologiya.az

4Источники