Ordubadın Vənənd kəndində irigövdəli çinar ağacının budağının qırılaraq sakinlərin üstünə düşməsi nəticəsində 3 nəfər xəsarət alıb.
Yenisabah.az xəbər verir ki, hadisə zamanı xəsarət alanlar - 1959-cu il təvəllüdlü İbrahim Novruzov, 1970-ci il təvəllüdlü Miryunis Ağalarov və 1983-cü il təvəllüdlü Anar Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanada tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşan sakinlər evə buraxılıblar. Dördpendirli pizza
Telegram kanalımız