AZ

Ordubadda irigövdəli ağac sakinlərin üzərinə aşdı

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Vənənd kəndində irigövdəli çinar ağacının budağının qırılaraq sakinlərin üstünə düşməsi nəticəsində 3 nəfər xəsarət alıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə zamanı xəsarət alanlar - 1959-cu il təvəllüdlü İbrahim Əli oğlu Novruzov, 1970-ci il təvəllüdlü Miryunis Mirdavud oğlu Ağalarov və 1983-cü il təvəllüdlü Anar Əhməd oğlu Əliyev Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.

Xəstəxanada tibbi yardım göstərildikdən sonra vəziyyətləri normallaşan sakinlər evə buraxılıblar.

​​​​​​"Cebheinfo.az"

Seçilən
5
2
cebheinfo.az

4Mənbələr