RU

Gəncədə dəhşət: ana və oğlu bıçaqlandı

Gəncədə iki nəfər bıçaqlanıb.

News24.az xəbər verir ki, hadisə şəhərin Fərhad Əliyev küçəsində qeydə alınıb.

Belə ki, 1970-ci il təvəllüdlü Daşkəsən rayon sakini Nazlı Paşayevə və onun oğlu 1996-cı il təvəllüdlü Orxan Paşayev bıçaq yarası ilə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağırdır.

İlkin məlumata görə, onlara xəsarət yetirən şəxs qohumlarıdır.

Faktla bağlı araşdırma başlanılıb.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində A.Məmmədova saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma davam etdirilir.



Избранный
105
6
news24.az

10Источники