AZ

Ana və oğlu bıçaqlandı: Gəlin saxlanıldı

Ana və oğlu bıçaqlandı: Gəlin saxlanıldı

Gəncədə iki nəfər bıçaqlanıb.

Hadisə Gəncə şəhərinin Fərhad Əliyev küçəsində baş verib.

Belə ki, 1970-ci il təvəllüdlü Daşkəsən rayon sakini Nazlı Paşayev və onun oğlu, 1996-cı il təvəllüdlü Orxan Paşayev bıçaq yarası ilə Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri orta-ağır qiymətləndirilir.

İlkin məlumata görə, xəsarət yetirən şəxs qohumlarıdır.

Faktla bağlı araşdırma başlanıb. Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində A.Məmmədova saxlanılaraq istintaqa təhvil verilib. Araşdırma davam etdirilir.

A.Məmmədovanın ailənin gəlini olduğu bildirilir.

Seçilən
49
1
afn.az

10Mənbələr