RU

Qubada II “Ulduz Cup” beynəlxalq futbol turniri başlayıb

Quba, 25 avqust, Elxan Yusifli, AZƏRTAC

Qubada 12 yaşlı futbolçular arasında II “Ulduz Cup” beynəlxalq futbol turnirinə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilən turnir avqustun 28-dək davam edəcək.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan turnirdə Azərbaycanı “Ulduz”, “Qarabağ”, “Sabah” və “Neftçi” klubları təmsil edir. Yarışda Türkiyənin “Trabzonspor məktəbi” və “Başakşəhər”, Gürcüstanın “Dinamo”(Tbilisi), Özbəkistanın “Paxtakor” və “Bunyodkor”, Qırğızıstanın “Sduşorsi”, Qətərin “Aspire Akademiyası”, Qazaxıstanın isə “Şaxtyor” komandaları medallar uğrunda mübarizə aparır.

Turnirə “Sabah” - “Paxtakor” matçı ilə start verilib. Bu matçın ardınca “Qarabağ” “Dinamo”(Tbilisi) komandası ilə qarşılaşacaq. Günün ikinci yarısında turnirin rəsmi açılış mərasimi və daha iki matç nəzərdə tutulub.

Turnir Gənclər və İdman Nazirliyinin “YouTube” kanalında canlı yayımlanır. İzləyicilər qarşılaşmaları aşağıdakı link vasitəsilə izləyə bilərlər:

https://youtube.com/live/8RKFx6Uvwfs?feature=share

 

Избранный
32
2
azertag.az

5Источники