AZ

“Ulduz Cup” beynəlxalq turnirinin açılışı olub - YENİLƏNİB

Quba, 25 avqust, Elxan Yusifli, AZƏRTAC

Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının birgə təşkilatçılığı ilə Qubada 12 yaşlı futbolçular arasında keçirilən II “Ulduz Cup” beynəlxalq turnirinin açılış mərasimi baş tutub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində reallaşan tədbir iştirakçı komandaların stadiona dəvət edilməsi ilə başlayıb.

Açılış mərasimində Quba Rayon İcra Hakimiyyətinin nümayəndəsi Arif Nəbiyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Elçin Qasımov çıxış edərək turnirdə yarışan komandalara uğurlar arzulayıblar.

Bildirilib ki, “Ulduz Cup” beynəlxalq turniri ölkəmizdə uşaq futbolunun inkişafına dəstək olacaq.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildikdən sonra açılış mərasimi bədii hissə ilə davam edib.

Açılış mərasimindən sonra turnir "Ulduz" və "Trabzonspor" komandalarının qarşılaşması ilə davam edib.

Avqustun 28-dək davam edəcək turnirdə Azərbaycanı “Ulduz”, “Qarabağ”, “Sabah” və “Neftçi” klubları təmsil edir. Yarışda Türkiyənin “Trabzonspor məktəbi” və “Başakşəhər”, Gürcüstanın “Dinamo”(Tbilisi), Özbəkistanın “Paxtakor” və “Bunyodkor”, Qırğızıstanın “Sduşorsi”, Qətərin “Aspire Akademiyası”, Qazaxıstanın isə “Şaxtyor” komandaları medallar uğrunda mübarizə aparır.

10:22

Qubada 12 yaşlı futbolçular arasında II “Ulduz Cup” beynəlxalq futbol turnirinə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilən turnir avqustun 28-dək davam edəcək.

Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan turnirdə Azərbaycanı “Ulduz”, “Qarabağ”, “Sabah” və “Neftçi” klubları təmsil edir. Yarışda Türkiyənin “Trabzonspor məktəbi” və “Başakşəhər”, Gürcüstanın “Dinamo”(Tbilisi), Özbəkistanın “Paxtakor” və “Bunyodkor”, Qırğızıstanın “Sduşorsi”, Qətərin “Aspire Akademiyası”, Qazaxıstanın isə “Şaxtyor” komandaları medallar uğrunda mübarizə aparır.

Turnirə “Sabah” - “Paxtakor” matçı ilə start verilib. Bu matçın ardınca “Qarabağ” “Dinamo”(Tbilisi) komandası ilə qarşılaşacaq. Günün ikinci yarısında turnirin rəsmi açılış mərasimi və daha iki matç nəzərdə tutulub.

Turnir Gənclər və İdman Nazirliyinin “YouTube” kanalında canlı yayımlanır. İzləyicilər qarşılaşmaları aşağıdakı link vasitəsilə izləyə bilərlər:

https://youtube.com/live/8RKFx6Uvwfs?feature=share

 

Seçilən
12
2
azertag.az

5Mənbələr