AZ

Qubada II “Ulduz Cup” beynəlxalq futbol turniri başlayıb

Qubada 12 yaşlı futbolçular arasında II “Ulduz Cup” beynəlxalq futbol turnirinə start verilib.

90deqiqe.Az-ın məlumatına görə, Gənclər və İdman Nazirliyi, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə keçirilən turnir avqustun 28-dək davam edəcək.

Turnirə “Sabah” - “Paxtakor” matçı ilə start verilib. Bu matçın ardınca “Qarabağ” “Dinamo”(Tbilisi) komandası ilə qarşılaşacaq. Günün ikinci yarısında turnirin rəsmi açılış mərasimi və daha iki matç nəzərdə tutulub.

Turnir Gənclər və İdman Nazirliyinin “YouTube” kanalında canlı yayımlanır. İzləyicilər qarşılaşmaları aşağıdakı link vasitəsilə izləyə bilərlər:

https://youtube.com/live/8RKFx6Uvwfs?feature=share

Seçilən
30
1
90deqiqe.az

5Mənbələr