RU

Trampın əlindəki göyərti yenidən diqqət mərkəzində

ABŞ Prezidenti Donald Trampın sağ əlində yenidən qalın təbəqə örtücü (tonal) krem ilə gizlədilmiş qançır müşahidə edilib.

 

Bu barədə "Daily Beast" məlumat yayıb.

 

Bildirilir ki, yanvar ayından, vəzifəyə başladığı vaxtdan bəri Tramp bu zədəni gizlətmək üçün dəfələrlə kosmetik vasitələrdən istifadə edib.

 

İyul ayında Ağ Evin mətbuat katibi Karolin Levitt prezidentin tibbi müayinəsi zamanı xroniki venoz çatışmazlıq aşkar edildiyini açıqlamışdı.

 

Jurnalistlər qeyd ediblər ki, bu dəfə Trampın əlindəki kosmetik təbəqə xüsusilə nəzərə çarpıb.

 

İqamətgahın yaxınlığındakı "Peoples House" təhsil muzeyini ziyarət edən prezidentin əlinin dərisində tonal vasitənin izləri parlaq işıqda xüsusilə aydın görünüb. Bu onun sağlamlıq vəziyyəti ilə bağlı yeni müzakirələrə səbəb olub.

 

Ağ Evdə sonrakı çıxışı zamanı Tramp vaxtının çox hissəsində əllərini masada çarpazlayaraq, sağ əlini sol əli ilə örtüb.

 

Oxu.az

Tarix: 23 Avqust 2025, 19:34   
Избранный
3
1
pravda.az

2Источники