AZ

Trampın əlindəki ləkə onun səhhəti ilə bağlı yeni fərziyyələrə səbəb olur - FOTO

Ağ Evdən təzə çıxan fotolar ABŞ Prezidenti Donald Trampın sağlamlıq vəziyyətinin müzakirəsinə yeni dalğaya səbəb olub. 

HİT.az xəbər verir ki, Cənubi Koreyanın lideri Li Cye Myonun qəbulu zamanı çəkilmiş şəkillərdə Trampın sağ əlində böyük, mavimtıl bir iz görünür.

Sosial şəbəkələrdə dərhal müxtəlif fərziyyələr meydana çıxıb: adi göyərtidən tutmuş dərmandan qalma izə və dərmanların yan təsirlərinə qədər. Ağ Ev əvvəllər Trampın xroniki venoz çatışmazlıqdan əziyyət çəkdiyini təsdiq etsə də, həkimlər bunun əlindəki ləkəyə səbəb olmasını ehtimal olunmaz hesab edirlər. Prezidentin şəxsi həkimi Şon Barabarella onu tez-tez əl sıxma və gündəlik aspirin qəbulu ilə izah edib.

Əllərin görünüşü ilə bağlı oxşar müzakirələr əvvəl də yaranmışdı – həm Trampın, həm də sələfi Co Baydenin zamanında. Ekspertlər qeyd edir ki, ABŞ Prezidentinin sağlamlığı mövzusu 2026-cı ildə Konqresdə qüvvələrin nisbətini müəyyən edəcək olan araseçkilər arifəsində xüsusilə həssas mövzuya çevrilir.

2016-cı ildə Tramp, sağlamlığı ilə bağlı mübahisələr fonunda seçicilərə tibbi arayış təqdim etmiş, lakin sonradən məlum olmuşdu ki, sənədin mətnini özü yazmışdı.

Samir

Seçilən
21
12
hit.az

10Mənbələr