"Ukrayna öz torpağını işğalçıya hədiyyə etməyəcək".
Publika.az xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski Dövlət Bayrağı Günü münasibətilə keçirilən rəsmi tədbirdə söyləyib.
“Bu bayraq azadlığa çatmanın simvoludur, rus əsirliyindən qurtarılan insanlar üçün xilasedicidir. Onlar bu rəngləri görüncə anlayırlar ki, pis günlər geridə qaldı. Bu bayraq müvəqqəti işğal altındakı torpaqlardakı bir çox insan üçün ümid və arzu mənbəyidir. Onlar bu bayrağa inanır, çünki bilirlər: öz torpağımızı işğalçıya hədiyyə kimi verməyəcəyik,” - deyə Zelenski bildirib.