"Ukrayna öz torpağını işğalçıya hədiyyə etməyəcək".
Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Dövlət Bayrağı Günü münasibətilə keçirilən rəsmi tədbirdə deyib.
“Bu bayraq azadlığa çatmanın simvoludur, rus əsirliyindən qurtarılan insanlar üçün xilasedicidir. Onlar bu rəngləri görüncə anlayırlar ki, pis günlər geridə qaldı. Bu bayraq müvəqqəti işğal altındakı torpaqlardakı bir çox insan üçün ümid və arzu mənbəyidir. Onlar bu bayrağa inanır, çünki bilirlər: öz torpağımızı işğalçıya hədiyyə kimi verməyəcəyik,” - deyə Zelenski vurğulayıb.