AZ

Ukrayna torpaqlarını Rusiyaya verməyəcək - Zelenski

“Ukrayna bayrağı müvəqqəti işğal olunmuş  ərazilərdəki insanlar üçün məqsəd və arzudur. Bilirlər ki, Ukrayna öz torpağını işğalçıya verməyəcək”. Ölkə.az  xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski Dövlət Bayrağı Günü ilə bağlı təntənəli tədbirdə çıxışı zamanı deyib. 
"Bu bayraq Rusiya əsarətindən qayıtdığımız insanlar üçün xilas hissidir. Bu bayraq Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərində yaşayan bir çox insanlarımız üçün məqsəd və arzudur. Onlar bu bayrağı əzizləyirlər. 
Onu qoruyurlar, çünki bilirlər ki, biz öz torpağımızı işğalçıya verməyəcəyik", - Zelenski bəyan edib.
 Mürtəza

Seçilən
35
1
olke.az

9Mənbələr