Türkiyənin məşhur müğənnisi Ferhat Göçer yenidən Bakıya gəlir.
Publika.az xəbər verir ki, sənətçi oktyabrın 18-i ölkənin əsas səhnəsi olan Heydər Əliyev Sarayında sevənlərinin qarşısısına çıxacaq.
Qeyd edək ki, pop və opera tərzində mahnılar ifa edən sənətçi 11 may 1970 – ci ildə Türkiyənin Birecik əyalətində dünyaya gəlib.
O, 2012-ci ilin noyabr ayından UNICEF-in Türkiyə üzrə Xoşməramlı səfiridir.