AZ

Ferhat Göçer Bakıya gəlir

Türkiyənin məşhur müğənnisi Fərhad Göçər yenidən Bakıya təşrif buyuracaq.Metbuat.az xəbər verir ki, sənətçi oktyabrın 18-i ölkənin əsas səhnəsi olan Heydər Əliyev Sarayında sevənlərinin qarşısısına çıxacaq. Türk musiqisinin ecazkar və əvəzolunmaz səslərindən olan Fərhad Göçərin möhtəşəm gecəsinə siz də şahidlik edin. Biletləri iticket.az saytından əldə edə bilərsiniz.

Qeyd edək ki, konserti tanınmış təşkilatçı Eyyub Hüseynzadə və onun təsis etdiyi “Anadolu Events” şirkəti edir.

Seçilən
4
3
metbuat.az

7Mənbələr