RU

Lukaşenko: Belarus Ukraynaya hücum etmək fikrində deyil

“Belarus Ukraynaya hücum etmək fikrində deyil və yalnız kənardan hücum edilərsə, döyüşəcək”.

Bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O, ABŞ və Ukraynanın razılığa gəlməyəcəyi təqdirdə Belarusun Ukraynaya şimaldan hücum edəcəyi və Rusiya ilə birlikdə hücuma keçəcəyi ilə bağlı şayiələrə münasibət bildirib.

“Bu, qeyri-mümkündür. Bu, bizə nə üçün lazımdır? Biz heç vaxt özümüzə belə məqsədlər qoymamışıq. Yalnız bir halda mübarizə aparacağıq: kimsə bizə hücum edərsə. O zaman biz bütün mümkün və qeyri-mümkün üsullarla mübarizə aparacağıq. Hələlik Ukrayna bizə qarşı döyüşmək fikrində deyil”, – dövlət başçısı bildirib.

MənbəAPA
Избранный
29
12
banker.az

10Источники