AZ

Yalnız bu halda Ukrayna ilə döyüşəcəyik Lukaşenko

Axar.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Belarus Ukraynaya hücum etmək fikrində deyil və yalnız kənardan hücum olacağı təqdirdə döyüşəcək.

Axar.az xəbər verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko deyib.

O, amerikalılar və ukraynalılar razılığa gəlməsələr, Belarusun Ukraynaya şimaldan hücum edəcəyi və Rusiya ilə birlikdə hərəkət edəcəyi ilə bağlı söylənən fikirlərə münasibət bildirib.

"Bu, qeyri-mümkündür. Bu, bizə nə üçün lazımdır? Biz heç vaxt özümüzə belə məqsədlər qoymamışıq. Yalnız bir halda mübarizə aparacağıq: kimsə bizə hücum edərsə. O zaman biz bütün mümkün və qeyri-mümkün üsullarla mübarizə aparacağıq. Hələlik Ukrayna bizə qarşı döyüşmək fikrində deyil", - dövlət başçısı qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
7
12
axar.az

10Mənbələr