RU

Sumqayıtda qaz təchizatında fasilə olacaq

Avqustun 25-də Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə əlaqədar olaraq qaz verilişində fasilə yaranacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsindən Ölkə.az-a verilən məlumata görə, saat 10:00-dan işlər başa çatana qədər 3 500 abonentin qaz təchizatı dayandırılacaq.

Qurum yaranacaq narahatlığa görə abonentlərdən üzr istəyib və ehtiyat tədbirləri görməyi tövsiyə edib.

Избранный
16
21
olke.az

10Источники