AZ

DİQQƏT: 3 500 abonentin qazı kəsiləcək

Avqustun 25-də Sumqayıt şəhərinin 6-cı mikrorayon ərazisində mövcud qaz xətlərinin balans qovşağına qoşulması ilə əlaqədar qaz verilişində fasilə yaranacaq.

Bizim.Media xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin Sumqayıt Qaz İstismar Sahəsi məlumat yayıb.

Məlumata görə, avqustun 25-də saat 10:00-dan işlər başa çatana qədər 3 500 abonentin qaz təchizatı dayandırılacaq.

Qurum yaranacaq narahatlığa görə abonentlərdən üzr istəyib və ehtiyat tədbirləri görməyi tövsiyə edib.

Bizim.Media

Seçilən
37
18
bizim.media

10Mənbələr