RU

MDB-də cinayətkarlığa qarşı mübarizədə vahid mərkəzin yaradılması təklif olunur

MDB-də cinayətkarlığa qarşı mübarizədə vahid mərkəzin yaradılması təklif olunur.

"Report" xəbər verir ki, bunu MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Jdanov Laçında keçirilən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfransda deyib.

O bildirib ki, müasir dövr həm cəmiyyətin, həm də prokurorluq orqanlarının qarşısında yeni çağırışlar gətirir:

" Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, mülkiyyət hüquqları sahəsində pozuntular – bütün bunlar dövrün çağırışlarıdır və prokurorluq bu təhlükəli təzahürlərlə mübarizənin ön cəbhəsində dayanır".

O kiberməkanda baş verən cinayətkarlıqla mübarizənin vacibliyini xüsusilə vurğulayıb:

"Kibercinayətkarlıq inkişaf etmiş ölkələrdən inkişa fetməkdə olan ölkələrə qədər demək olar ki, bütün dövlətlərin bəlasına çevrilmişdir, vətəndaşlardan – ən zənginindən ən kasıbına qədər, onun hədəfi isə maddi vəziyyətindən asılı olmayan bütün vətəndaşlar, həmçinin korporasiyalar və hətta bütöv dövlətlərdir. Biz hamımız kibercinayətkarlarla mübarizə sahəsində uğurlu təcrübələrin, məlumatların mübadiləsi, MDB-yə üzv dövlətlərin prokurorluq əməkdaşlarının qarşılıqlı ixtisasartırması istiqamətində səylərimizi birləşdirməliyik".

MƏLUMAT YENİLƏNİR...

Избранный
11
11
report.az

10Источники