AZ

MDB-də cinayətkarlığa qarşı mübarizədə vahid mərkəzin yaradılması təklif olunub

MDB-də cinayətkarlığa qarşı mübarizədə vahid mərkəzin yaradılması təklif olunub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirləri Laçında Baş Prokurorluq tərəfindən keçirilən beynəlxalq konfransda MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov çıxışı zamanı səsləndirib.

Onun sözlərinə görə, müasir dövr həm cəmiyyətin, həm də prokurorluq orqanlarının qarşısında yeni çağırışlar qoyur: “Narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, mülkiyyət hüquqları sahəsində pozuntular – bütün bunlar dövrün çağırışlarıdır və prokurorluq bu təhlükəli təzahürlərlə mübarizənin ön cəbhəsində dayanır. Kiberməkanda baş verən cinayətkarlıqla mübarizənin vacibliyini xüsusilə vurğulamaq istəyirəm. Kibercinayətkarlıq inkişaf etmiş ölkələrdən inkişaf getməkdə olan ölkələrə qədər demək olar ki, bütün dövlətlərin bəlasına çevrilib, vətəndaşlardan – ən zənginindən ən kasıbına qədər, onun hədəfi isə maddi vəziyyətindən asılı olmayan bütün vətəndaşlar, həmçinin korporasiyalar və hətta bütöv dövlətlərdir. Biz hamımız kibercinayətkarlarla mübarizə sahəsində uğurlu təcrübələrin, məlumatların mübadiləsi, MDB-yə üzv dövlətlərin prokurorluq əməkdaşlarının qarşılıqlı ixtisasartırması istiqamətində səylərimizi birləşdirməliyik. Cinayətkarlığa qarşı mübarizədə həmkarlarım üçün müxtəlif ölkələrin qanunvericiliklərini və təcrübələrini öyrənmək imkanını verən vahid mərkəzin yaradılması məsələsini qaldırmağı zəruri hesab edirəm”.

Qeyd edək ki, Laçında Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə Baş prokuror Kamran Əliyev, Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyə Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun əməkdaşı Temur Tsindeliani, Baş Prokurorluğun rəhbər heyəti, Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri, ərazi və ixtisaslaşdırılmış prokurorlar, eləcə də digər qonaqlar iştirak edirlər.

Seçilən
10
11
yeniazerbaycan.com

10Mənbələr