RU

Ermənistana qaz nəqli dayandırılıb

Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılacaq. Buna səbəb Gürcüstan ərazisində fövqəladə bərpa işlərinin aparılması zərurətidir.

Herbiand.az-ın "Sputnik Ermənistan"a istinadən xəbərinə görə, bu barədə "Qazprom Ermənistan" şirkətindən məlumat verilib.

"İşlər "Qırmızı Körpü-Sevkar-Berd" tranzit magistral qaz kəmərində aparılacaq, bununla əlaqədar avqustun 22-si səhər saat 6:00-dan etibarən qaz tədarükü 24 saat müddətinə dayandırılacaq", - deyə məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, istehlakçıların qaz təchizatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü sayəsində təmin olunacaq.(Oxu.az)

Избранный
21
6
herbiand.az

10Источники