AZ

Ermənistana qaz nəqli dayandırılıb

Yazını böyüt
Yazını kiçilt

Ermənistana qaz nəqli müvəqqəti olaraq dayandırılacaq. Buna səbəb Gürcüstan ərazisində fövqəladə bərpa işlərinin aparılması zərurətidir.

Hafta.az xəbər verir ki, bu barədə "Qazprom Ermənistan" şirkətindən məlumat verilib.

"İşlər "Qırmızı Körpü-Sevkar-Berd" tranzit magistral qaz kəmərində aparılacaq, bununla əlaqədar avqustun 22-si səhər saat 6:00-dan etibarən qaz tədarükü 24 saat müddətinə dayandırılacaq", - deyə məlumatda bildirilib.

Həmçinin qeyd edilib ki, istehlakçıların qaz təchizatı daxili ehtiyatlar və İrandan əlavə həcmdə təbii qaz tədarükü sayəsində təmin olunacaq.

Seçilən
21
6
hafta.az

10Mənbələr