ABŞ hələ də Rusiya neftinin alınması ilə əlaqədar Hindistandan mal idxalına rüsumları 25% artırmağı planlaşdırır.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro deyib.
"Düşünürəm ki, bu baş verəcək" – deyə o vurğulayıb.
Qeyd edək ki, avqustun 6-da ABŞ Rusiyadan neft və neft məhsullarını alması ilə əlaqədar Hindistandan mallara idxal rüsumlarını 25% (50%-ə qədər) artırdığını elan edib. Qərarın avqustun 27-də qüvvəyə minməsi gözlənilir.