AZ

ABŞ Hindistan mallarına tarifləri artırmaq niyyətindədir

ABŞ hələ də Rusiya neftinin alınması ilə əlaqədar Hindistandan mal idxalına rüsumları 25% artırmağı planlaşdırır. SİA xəbər verir ki, bunu ABŞ Prezidentinin ticarət və istehsal üzrə baş müşaviri Piter Navarro deyib. "Düşünürəm ki, bu baş verəcək", – deyə o vurğulayıb.

Qeyd edək ki, avqustun 6-da ABŞ Rusiyadan neft və neft məhsullarını alması ilə əlaqədar Hindistandan mallara idxal rüsumlarını 25% (50%-ə qədər) artırdığını elan edib. Qərarın avqustun 27-də qüvvəyə minməsi gözlənilir.

Seçilən
10
4
sia.az

5Mənbələr