"Səbail-2"nin futbolçusu Aslan Hüseynovun atası Rusiya-Ukrayna müharibəsində həyatını itirib.

Offsideplus.az Fanat.Az-a istinadən xəbər verir ki, uzun illərdir Rusiyada yaşayan, bu ölkənin güc strukturları tərəfindən məcburi qaydada döyüşlərə cəlb olunan Elnur Hüseynovun nəşi ölkəyə gətirilərək Mingəçevir şəhərində dəfn edilib.

Onun bir neçə ay əvvəl həlak olduğu, yalnız bu ay ölümündən xəbər tutulduğu bildirilir. 

Qeyd edək ki, 2007-ci il təvəllüdlü Aslan Hüseynov "Qarabağ"ın yetirməsidir, son illərdə "Səbail"in akademiyasında oynayıb, bu yay isə "Səbail"in əvəzedicilərdən ibarət komandasına cəlb olunub.