Fanat portalından verilən məlumata əsasən, ain.az bildirir.
Rusiya-Ukrayna müharibəsində mingəçevirli həmvətənimiz həyatını itirib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, uzun illərdir Rusiyada yaşayan, bu ölkənin güc strukturları tərəfindən məcburi qaydada döyüşlərə cəlb olunan Elnur Hüseynov gənc futbolçu Aslan Hüseynovun atasıdır.
Futbolçunun atasnın nəşi ölkəyə gətirilərək Mingəçevir şəhərində dəfn edilib. Onun əslində bir neçə ay əvvəl həlak olduğu, yalnız bu ay ölümündən xəbər tutulduğu bildirilir. Faktı saytımıza futbolçu özü də təsdiqləyib.
Qeyd edək ki, "Qarabağ"ın yetirməsi sayılan, son illər "Səbail"in akademiyasında oynayan, bu yay isə "Səbail"in əvəzedicilərdən ibarət komandasına cəlb olunan Aslan 2007-ci il təvəllüdlüdür.
Mirağa
Abunə Ol
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.