RU

Çimərliklərdə gözlənilən hava şəraiti və suyun temperaturu açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

 

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

 

Bildirilib ki, avqustun 22-də güclü şimal-qərb küləyi günün ikinci yarısından zəifləyəcək.

 

Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) 25-26° isti, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 26-27° isti olacaq.

Tarix: 21 Avqust 2025, 13:20   
Избранный
25
49
pravda.az

10Источники