Avqustun 20-də Abşeron çimərliklərində mülayim şimal-şərq küləyi əsəcək.
Bu barədə Bakues.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Dəniz suyunun temperaturu Şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 26-27, Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 27-28 dərəcə isti olacaq.