RU

Əraqçi: "İran BAEA-dan tamamilə çıxa bilməz"

Bu sözləri İranın xarici işlər naziri Abbas Əraqçi ölkə mətbuatınamüsahibəsindədilə gətirib. O söyləyib ki, yaxın həftələrdə İranın Buşəhr atom elektrik stansiyasında (AES) yeni yanacaq çubuqları quraşdırılacaq.

"Bu prosesdə BAEA müfəttişlərinin iştirakını vacibdir. Hər halda, parlamentin təsdiqlədiyi qanuna əsasən, müfəttişlərin qayıda bilmələri Ali Milli Təhlükəsizlik Şurasının qərarı ilə mümkündür",– nazir vurğulayıb.

İran və BAEA arasında son illərdə münasibətlər gərgindir. Agentliyin iddiasına əsasən, İran öz nüvə proqramı üzrə qeyri-şəffaf fəaliyyət göstərir, müfəttişlərin nəzarətini məhdudlaşdırır. İran hökuməti isə BAEA-nı ABŞ və İsrailin təzyiqi əsasında qeyri-obyektiv və siyasi məğzdə yanaşmada təqsirləndirir.
Bəqayi:"BAEA ilə danışıqlar tezliklə başlaya bilər"

Digər tərəfdən, iyunun 13-dən 25-dək İran və İsrail arasında raket hücumlarına əsaslanan müharibə baş verib. ABŞ-nin də İsrail tərəfinə dəstək verdiyi müharibə ərzində İran ərazisindəki bir çox nüvə obyekti hədəfə alınaraq sıradan çıxarılıb. Müharibə fonunda BAEA-nın və şəxsən Rafael Qrossinin fəaliyyətsizliyinə görə İranla agentliyin münasibətləri də gərginləşib. Prezident Məsud Pezeşkiyan iyulun 2-də agentliklə əməkdaşlığın dayandırılması üzrə fərman verib. Xarici işlər naziri Abbas Əraqçi isə vurğulayıb ki, "bu qərara baxmayaraq, əlaqələrin bərpası həmişə mümkündür". Rəsmi Tehran BAEA ilə əməkdaşlığın bərpası üçün nüvə obyektlərinin və nüvə alimlərinin təhlükəsizliyi şərtini irəli sürüb.

Eyni zamanda, İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi avqustun 12-də yerli mətbuata müsahibəsində diqqətə çatdırıb ki, Tehran BAEA ilə əməkdaşlığı canlandıracaq.

Firudin Həmidli
AzVision.az
Избранный
20
3
azvision.az

10Источники